Xətanın aradan qaldırılması
19
TR20 RF Room Thermostat – 6721844607 (2022/03)
6 Xətanın aradan qaldırılması
Termostat və qəbuledici arasında əlaqə xətası
Rabitə əlaqəsi 350 saniyə kəsili olaraq qaldıqda qəbuledicidəki
qırmızı LED sürətli və yavaş şəkildə növbə ilə yanıb-sönəcək.
Xətanın səbəbi termostat və qəbuledici arasındakı məsafə,
radio tezliklərin ziddiyyəti və ya termostatdakı batareyanın zəif
olması ola bilər.
• Qəbuledici yenidən termostata qoşulduqda qəbuledici
avtomatik olaraq normal iş rejiminə keçəcək.
• Əlaqə kəsildikdə, qəbuledici istilik qazanındakı istiliyi
avtomatik olaraq söndürəcəkdir. Bu funksiya qış rejimində
əlaqə kəsildikdə enerji sərfiyyatı və təhlükəsizliklə bağlı
problemlərdən effektiv şəkildə yayınmağa kömək edir.
• Qəbuledici ilə termostat arasındakı əlaqə kəsildikdə, isitmə
qəbuledicidəki düyməni istifadə edərək manual olaraq
yandırıla bilər. Yaşıl LED sürətli və yavaş şəkildə növbə ilə
yanıb-sönəcək. Simsiz rabitə ilə əlaqə yenidən
qurulduqdan sonra qəbuledici termostatın parametrlərinə
uyğun olaraq işləyəcək.
• Qəbuledici termostatdan çox uzaqda quraşdırılıbsa, əlaqə
zəifləyə bilər. Əlaqə bir müddət kəsili qaldıqdan sonra onu
normal iş rejiminə qaytarmaq olar.
• Qəbuledicinin enerji təchizatı qeyri-kafi olduqda əlaqə
alınmayacaq. Enerji təchizatı bərpa edildikdən sonra
qəbuledici standart iş rejimində və termostatın
parametrlərinə uyğun işləyəcək. Termostatın yeri
dəyişmədiyi halda, termostat və ya qəbuledici üzərində hər
hansı bir əməliyyat aparmağa ehtiyac yoxdur.
Termostatın cari vaxt temperaturundan yayınması
Termostatın cari vaxt temperaturu ilə faktiki temperatur
arasındakı yayınma dərəcəsi 1,5 ℃-dən çox olarsa, termostat
kalibrlənməlidir.
Kalibrləmə metodu barədə məsləhətləşmək üçün P03
parametrini yoxlayın.
7 Ətraf mühitin qorunması və məhv
edilməsi
Ətraf mühitin qorunması Bosch qrupun korporativ prinsipdir.
Məhsul keyfiyyəti, iqtisadiyyat və ətraf mühitin qorunması
bizim üçün eyni dərəcədə vacib hədəfdir. Ətraf mühitin
qorunması ilə bağlı qanun və qaydalara ciddi əməl olunur.
Ətraf mühiti qorumaq üçün iqtisadi baxımdan ən yaxşı
texnologiya və materiallardan istifadə edirik.
Qablaşdırma
Qablaşdırma məsələsinə gəldikdə, ən yaxşı təkrar emal təmin
edən ölkələrə məxsus təkrar emal sistemlərindən istifadə
edirik.
İstifadə olunan bütün qablaşdırma materialları ekoloji cəhətdən
təmiz və təkrar istifadə edilə bilər.
Köhnə cıhaz
Köhnə cihazlarda təkrar emal edilə bilən qiymətli materiallar
var.
Komponentləri ayırmaq asandır. Plastiklər işarələnmişdir. Bu
şəkildə, müxtəlif komponentlər çeşidlənə, təkrar emal edilə və
ya utilizasiya oluna bilər.
Tullantıların elektrik və elektron avadanlıqları
Bu simvol, məhsulun digər tullantılar ilə birlikdə
atılmamasını, emalını, toplanmasını, təkrar emalını
və atılması üçün tullantı toplama nöqtəsinə
gətirilməsini ifadə edir.
Simvol elektron tullantı qaydaları olan ölkələrə
aiddir, məsələn "Tullantı elektrik və elektron avadanlıqlara dair
2012/19 / EG Avropa Direktivi". Bu qaydalar ayrı-ayrı ölkələrdə
köhnə elektron cihazların geri qaytarılması və təkrar istifadəsi
üçün tətbiq olunan çərçivə şərtlərini müəyyənləşdirir.
Elektron qurğularda zərərli maddələr ola biləcəyi üçün ətraf
mühitə dəyən ziyan və insan sağlamlığı üçün təhlükələri
minimuma endirmək üçün məsuliyyətlə istifadə edilməlidir.
Elektron tullantıların təkrar istifadəsi təbii ehtiyatların
qorunmasına da kömək edir.
Tullantı elektrik və elektron avadanlıqların ekoloji cəhətdən
təmizlənməsi barədə daha çox məlumat üçün səlahiyyətli yerli
orqanlara, tullantıların atılması şirkətinə və ya məhsulu aldığınız
pərakəndə satıcıya müraciət edin.
Daha çox məlumatı burada tapa bilərsiniz:
www.weee.bosch-thermotechnology.com/
Batareyalar
Batareyalar məişət tullantıları ilə utilizasiya oluna bilməz.
İstifadə olunmuş batareyalar yerli toplama sistemində
utilizasiya olunmalıdır.