Modeminizlə tanışlıq
İstənilən vaxt və yerdə əlaqə saxlamaq imkanını verərək, modeminiz mobil telefon şəbəkəsi üzərində data və
SMS xidmətlərini dəstəkləyir.
Aşağıdakı təsvir yalnız ümumi anlayışınız üçün verilir. Faktiki məhsul fərqli ola bilər.
1. Modem qapağı
2. Üst örtük
3. Göstərici
4. microSDHC kart yuvası
5. (U)SIM kart yuvası
6. USB birləşdiricisi
QEYD:
microSDHC™ loqotipi SD-3C, LLC-nin əmtəə nişanıdır.
(U)SIM kartının və microSDHC kartının
quraşdırılması
1. Ön örtüyü sürüşdürüb çıxardın.
2. (U)SIM kartını (U)SIM kart yuvasına göstərildiyi kimi daxil edin.
DİQQƏT!
Modeminiz mikro/nano SIM kartını və ya digər qeyri-standart SIM
kartları dəstəkləmir. Modemi zədələməmək üçün həmin kartlardan və
ya hər hansı kart saxlayıcılarından istifadə etməyin.
3. microSDHC kartını microSDHC yuvasına taxın.
4. Ön örtüyü ehtiyatla yerinə sürüşdürün.
Modemin kompyuterə qoşulması
Modemi kompyuterinizin USB portuna təhlükəsiz şəkildə taxın. Əməliyyat
sistemi modeminizi avtomatik olaraq aşkarlayıb müəyyən edir və
quraşdırmanı tamamlayır.
QEYD: Əgər əməliyyat sistemi quraşdırmanı avtomatik olaraq başlatmırsa,
quraşdırma proqramını Mənim kompyuterim >Azercell Modem seçərək
başlatmaq olar.
İnternetə giriş
Modem kompyuterə müvəffəqiyyətlə qoşulduqdan sonra İnternetə Automatic (Avtomatik) və ya Manual (Əl)
rejimində qoşulmaq olar. Standart rejim Automatic-dir (Avtomatik).
Rejim Əməliyyat
Avtomatik Modeminiz İnternetə avtomatik olaraq qoşulur və siz İnternet səhifələrinə birbaşa baxa bilərsiniz.
Əl
1. IE brauzerini açın və http://192.168.0.1 yaxud http://m.home ünvan zolağında daxil edin.
2. Seçin Settings (Parametrlər)> Network Settings (Şəbəkə parametrləri) > Dial-up Settings
(Kommutasiya ilə qoşulma parametrləri) > WAN Connection Mode (WAN qoşulma
rejimi) > Manual (Əl) və sonra Apply (Tətbiq et) klikləyin.
3. İnternetə qoşulmaq üçün Home tab-vərəqəsinə və sonra Connect (Qoşul) tab-vərəqəsinə
klikləyin.
QEYD:
Parametrlərin ətraı seçimi üçün veb istifadəçi interfeysinə daxil olun.
Xəbərdarlıq və bildiriş
Sahib üçün
• Düzgün izolə olunmadığı hallarda bəzi elektron cihazlar, məsələn, avtomobillərin elektron sistemləri
modemin səbəb olduğu elektromaqnit müdaxiləyə qarşı həssasdırlar. Lazım olarsa, modemdən istifadə
etməzdən əvvəl bu cür cihazların istehsalçıları ilə məsləhətləşin.
• Modemin çalışması eşitmə aparatları və ürəyin elektron stimulyatorları kimi tibbi cihazların işinə təsir edə
bilər. Modem işlədiyi zaman onu həmişə bu cür tibbi cihazlardan 20 santimetrdən artıq məsafədə saxlayın.
Lazım gələrsə, modemi söndürün. Lazım gələrsə, modemi istifadə etməzdən əvvəl həkimlə və ya tibbi
cihazların istehsalçıları ilə məsləhətləşin.
• Neft anbarları və ya partlayıcı qazlar və ya məhsulların emal olunduğu kimyəvi zavodlar kimi yerlərdə
modemin istifadəsinə dair olan məhdudiyyət nəzərə alınmalıdır. Lazım gələrsə, modemi söndürün.
• Elektron ötürücü cihazlarından istifadə təyyarə, benzindoldurma stansiyaları və ya xəstəxanalarda
qadağandır. Bütün xəbərdarlıq nişanlarını nəzərə alıb onlara riayət edin və belə vəziyyətlərdə modemi
söndürün.
• Daxili antenna sahəsinə ehtiyac olmadan toxunmayın. Əks halda bu, modemin işinə təsir edə bilər.
• Modemi balaca uşaqlardan uzaq saxlayın. Əgər modem oyuncaq kimi istifadə olunarsa, bu, bədən xəsarəti
ilə nəticələnə bilər.
• Modem işlədiyi zaman onun metal hissələrinə toxunmaq olmaz. Bu qaydanın riayət olunmaması, yanıqlara
səbəb ola bilər.
USB modemindən istifadə
• Orijinal və ya icazə verilmiş aksessuarlardan istifadə edin. Digər icazə verilməmiş aksessuarlardan istifadə
modemin işinə təsir edə bilər və telekommunikasiya terminallarına dair dövlət qanunvericiliyini poza bilər.
• Modemi dəmir qurğuların və ya elektromaqnit dalğaları yayan avadanlıqların yanında və ya daxilində istifadə
etməyin, çünki bu, siqnal qəbuluna təsir edə bilər.
• Model suya davamlı deyil. Modemi quru, kölgəli və sərin yerdə saxlayın.
• Qəl temperatur dəyişikliyindən dərhal sonra modemdən istifadə etməyin. Belə halda modem həm içindən,
həm də çölündən tərləyəcək, ona görə o quruyana qədər ondan istifadə etmək qadağandır.
• Modemlə səliqəli istifadə edin. Onu yerə salmayın, əyməyin və vurmayın. Əks halda modem zədələnə bilər.
• Modemin sökülməsi və təmirini yalnız təcrübəli mütəxəssis həyata keçirə bilər.
• Modemin -10°C və +60°C arası temperaturda, habelə 5% və 95% arası rütubətdə işləməsi məsləhət görülür.
Məhdud zəmanət
• Bu zəmanət məhsulun aşağıda göstərilən növ zədələnmə və nasazlıq hallarına tətbiq olunmur:
i. Əsaslı köhnəlmə.
ii. Son istifadəçinin ZTE-nin quraşdırma, istismar və ya təmir qayda və proseduralarına riayət etməməsi.
iii. Son istifadəçi tərəfindən məhsulun səhv istifadəsi, etinasızlıq, səhv quraşdırılması, sökülməsi,
saxlanılması və ya istismarı.
iv. ZTE və ya ZTE tərəndən təyin olunan mütəxəssis tərəndən edilməyən dəyişikliklər və ya təmir.
v. Elektrik təminatında kəsintilər, gərginliyin gözlənilməz dəyişikliyi, yanğın, daşqın, qəzalar, üçüncü
tərəərin tədbirləri və ya ZTE-nin əsaslı nəzarətindən kənar olan hadisələr.
vi. Üçüncü tərən məhsullarından istifadə və ya üçüncü tərən məhsulları ilə birlikdə istifadədən irəli gələn
qüsurlar.
vii. Məhsul üçün nəzərdə tutulmuş normal istifadədən kənar hər hansı bir digər səbəb.
Yuxarıda qeyd olunan hallarda son istifadəçilər məhsuldan imtina edə, onu qaytara və ya onun üçün
kompensasiya ala bilməz.
• Bu zəmanət son istifadəçinin yeganə hüquq müdaə vasitəsidir və qüsurlu yaxud texniki şərtlərə cavab
verməyən məhsullara görə ZTE-nin müstəsna cavabdehliyidir və müvafiq qanunvericiliyin məcburi
müddəalarında fərqli tələblər yoxdursa, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, yararlılıq, uyğunluq
üzrə bütün digər birbaşa və nəzərdə tutulan zəmanətləri əvəz edir.
Məsuliyyətin məhdudlaşdırılması
ZTE ziyan barədə bildiyindən, bilməli olduğundan və ya məlumatlandırılmış olmasından asılı olmayaraq, bu
məhsulun istifadəsindən irəli gələn hər hansı gəlir itkisi, eləcə də dolayısı, düşünülmüş və ya dolayı ziyan, o
cümlədən məhdudlaşmamaqla, itirilmiş gəlirlərə, fəaliyyətdə fasiləyə, kapital qiymətinə, əvəzedici xidmətlərin ya
da məhsul xərci və ya boşdayanma vaxt üzrə xərclərə görə cavabdehlik daşımır.
Köməyi necə əldə etməli
Köməyi aşağıdakı üsullarla ala bilərsiniz:
• http://www.ztedevice.com veb-saytına daxil olmaq
• Müştəri xidmətinə zəng etmək: +86–755–26779999
HÜQUQİ MƏLUMAT
Müəllif hüququ © 2014 ZTE CORPORATION.
Bütün hüquqlar qorunur.
ZTE Corporation-un əvvəlcədən əldə olunmuş yazılı razılığı olmadan bu sənədin heç bir hissəsindən çıxarış etmək, üzünü
çıxartmaq, tərcümə etmək və ya istənilən, elektron və ya mexaniki formada, ya da surət və ya mikrolm daxil olmaqla heç
bir digər vasitələrlə istifadə etmək qadağandır.
Bu təlimat ZTE Corporation tərəndən nəşr olunur. Biz əvvəlcədən bildiriş vermədən çap səhvlərində düzəlişlər etmək və
ya xüsusiyyətləri yeniləmək hüququnu özümüzdə saxlayırıq.
Versiya nö.: R1.0
Buraxılma vaxtı: 18 avqust 2014
Təlimat nö.:
ZTE CORPORATION
NO. 55, Hi-tech Road South, ShenZhen, P.R.China
Poçt indeksi: 518057
MF710